Servis Paketləri - Avtolux Azerbaijan MMC, Ferrarinin Azərbaycan, Bakıdakı rəsmi nümayəndəliyi

Genuine Xidmət Paketləri

Genuine Xidmət Paketləri, artan fərdi satış sonrası xidmətləri çeşidini təklif etmək arzusu və hər bir Genuine Xidmət paketi istifadəçisinin müraciəti əsasında səlahiyyətli dillerlər və qarajlardan yaralanaraq avtomobillərə mümkün ən yüksək səviyyədə təhlükəsizlik və performansı təmin etmək üçün nadir imkandır. 

Baza paketinə 2 illik, sadə texniki xidmətə daxil olan bütün müdaxilələr eləcə də eksklüziv yardım və təmir xidmətləri daxildir. Genuine Xidmət Paketindən faydalanan müştərilər rəsmi qaraja müraciət etdikləri andan, avtomobili, onun ehtiyyac və potensiallarını mükəmməl bilən ixtisaslı mütəxəssislər onların sərəncamında olacaqlar. 

Nəzərdə tutulan tədbirlər və ən müasir diaqnostika cihazları ilə dəqiq yoxlamalar bilavasitə Maranello-da Ferrari Təlim-Məşq Mərkəzində birbaşa təlim görmüş ixtisaslı personal tərəfindən həyata keçiriləcək: bunlar İtaliyada, Böyük Britaniya və tezliklə Ferrarinin digər əsas bazarlarında mövcud olan paket istifadəçilər üçün nəzərdə tutulmuş əsas üstünlüklərdir. 

Sahibinə deyil avtomobilə bağlı olan yüksək keyfiyyətli xidmət: İkinci əl Ferrari alan, performans və yüksək keyfiyyətli xidmətdən imtina etmək istəməyən şəxslər üçün eksklüziv imkandır

Ferrari Service Paketləri haqqında daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın

 

Avtolux Azerbaijan LLC - 57 U. Hajibeyli, Baku, Azerbaijan, AZ1014 - Tel: +994 12 404 8396

Copyright 2017 - All rights reserved