Missiya

Missiya

Ferrari Maliyyə Xidmətləri, şirkətin öz maliyyə xidməti təchizatçısı olub Ferrari əldə etmə təcrübəsinin daha da asanlaşdırılması üçün yaradılıb.

Ferrari Maliyyə Xidmətləri GT modellər və klassik avtomobillər, xüsusi həmçinin ötən mövsümün Formula 1 yarışlarının maşınları da daxil olmaqla yarış avtomobillərini də əhatə edən hər növ Ferrari nəqliyyat vasitəsi əldə etmək üçün, sadə və premium maliyyə xidmətləri eləcə də digər əlaqədar xidmətlərin geniş çeşidini təklif edir.

Qərargahının Maranelloda olmasına baxmayaraq şirkətin xidmətləri köməkçi şirkətlər tərəfindən də əsas Avropa bazarlarında (Almaniya, Böyük Britaniya, Avstriya, Fransa, Belçika və İsveçrə) və Amerika Birləşmiş Ştatlarında təklif olunur. 

Premium Mülkiyyət Programı

Premium Mülkiyyət Programı

Ferrari Maliyyə Xidmətləri, Cavallino lövhəcikli bir avtomobil satın almaq üçün, avtomobilin zaman nisbətdə dəyərini saxlayan və müştəri loyallığı yaradan yeni bir yol kimi "Premium Mülkiyyət Proqramı"nı yaratmışdır.

Ferrari GT modellərinin cari sırası üçün məxsusi yaradılmış Premium Mülkiyyət Proqramı, avtomobilin alış qiymətinin maliyələşdirilməsi üçün standart xidmətlər və Ferrari üçün xüsusi olaraq nəzərdə tutulmuş Premium xidmətləri özündə cəmləşdirir. 

Premium xidmət paketinə daxildir:

• Ferrari avtomobillərinin dəyərini qorumaq üçün dünyanın ən iri brokerlərinədən biri və aparıcı sığorta qrupu ilə əməkdaşlıq çərçivəsində sığorta xidmətlərinin geniş spektri

• Ferrari Təmir Planı xidmətləri, sizin rahatlığınız üçün yalnız rəsmi Ferrari xidmət şəbəkəsinin ixtisaslı mexanikləri tərəfindən real xərclər və plan sonunda görülən bütün işin sertifikatlaşdırması əsasında həyata keçirilir;

• Rəsmi Ferrari sürücülük kursları hər modelə görə, tam təhlükəsizlikdə Ferrari idarə etmədən zövq almaq üçün xüsusi yaradılmışdır;

• Maranello Təcrübəsi, Ferrarilərin yarandığı zavodun və  ətraf ərazinin unikal xarakterini birbaşa kəşf etmək şansı təklif edir;

• Pit-Stop xidməti, avtomobil sahibi olmaqla bağlı bütün zəruriyətlərin qayğısız idarə edilməsi üçündür;

• Eksklüziv LifeStyle xidmətləri, Ferrari idarə etmənin və Ferrari dünyasının bir hissəsi olma təcrübəsini tamlıqla yaşamaq üçündür;

• Power zəmanət proqramı orijinal istehsalçının zəmanət genişləndirmək imkanı təklif edir.

Premium mülkiyyət proqramı ilə Ferrari Maliyyə Xidmətləri tərəfindən təklif olunan xüsusi, yenilikçi xidmətlər toplusu Ferrari müştərilərinin dəyişən və getdikcə artan tələbkar ümidlərini doğrultmaq üçün daima inkişaf etdirilir. 

Avtolux Azerbaijan LLC - 57 U. Hajibeyli, Baku, Azerbaijan, AZ1014 - Tel: +994 12 404 8396

Copyright 2017 - All rights reserved