Conte - Avtolüks Azərbaycan MMC, Bakı, Azərbaycanda rəsmi Ferrari dilleri

ConTe: Zəmanəti olmayan bütün Ferrari avtomobilləri üçün Yolda Yardım Xidməti

Ferrari ConTe yol kənarı yardım xidməti 1947-ci ildən bəri Şahə Qalxan At tərəfindən yaradılmış, zavod və ya Power zəmanəti olmayan bütün avtomobillərin sahiblərinə təklif olunur.

ConTe xidməti çərçivəsində Ferrari müştəriləri 12 aylıq Yolda Yardımdan faydalanmaqla bərabər avtomobillərinin aparıldığı Rəsmi Ferrari Servis mərkəzinə çatdırılma, eləcə də evlərinə qayıdarkən yol xərcləri də qarşılanacaq.

Bundan başqa, ConTe xidməti müştərilərin evlərinə qayıtmazdan əvvəl və səyahətlərinə davam etdikləri müddətdəki otel xərclərini də qarşılayacaq. Xidmət təmənnasız və bütün il ərzində 24 saat aktivdir.

Hal hazırda İtalya və Britaniya vətəndaşları bu xidmətdən yararlana bilər, yaxın gələcəkdə isə xidmət bütün dünyada mövcud olacaq.

Xidməti aktivləşdirmək üçün aşağıdakı formanı doldurmanız xahiş olunur.

Sonuncu yenilik Şahə qalxan at tərəfindən Ferrarilərindən tam əminliklə zövq almaq istəyən müştərilərinə təklif olunan geniş xidmətlər çeşidinə qoşulur 

 

 

Avtolux Azerbaijan LLC - 57 U. Hajibeyli, Baku, Azerbaijan, AZ1014 - Tel: +994 12 404 8396

Copyright 2017 - All rights reserved