7 İllik Təmənnasız Texniki Xidmət Proqramı – Avtolux Azərbaycan MMC, Ferrarinin Bakı, Azərbaycandakı rəsmi nümayəndəliyi

Avtomobillərin ilk yeddi ili üçün ümumi texniki xidməti

Ferrari innovativ “Ferrari Genuine Maintenance” proqramı çərçivəsində 7 illik planlaşdırılmış texniki xidməti təmənnasız göstərməyi öz öhdəsinə götürməklə lüks super avtomobillər seqmentində təşəbbüsü ələ alır. Rəsmi nümayəndəlikdən yeni Ferrari California, 458 Italia, FF, 458 Spider və ya F12berlinetta modellərindən birini sifariş edən müştərilər avtomobillərinin ilk 7 illik planlaşdırılmış texniki xidmətlərini təmənnasız alacaqlar.

Genuine Xidmət Ferrarinin öz nəqliyyat vasitələrinin maksimum performans və təhlükəsizliyini təmin etmək üçün eksklüziv proqramıdır.

Proqram unikaldır – Ferrari bütün dünyada ilk avtomobil istehsalçısıdır ki, belə əhatə dairəsini təklif edir və bu onun öz müştərilərinə verdiyi diqqətin təzahürüdür.

Genuine Xidmət proqramı fərdi nəqliyyat vasitəsini əhatə edir yeddi il müddətində hər hansı sonrakı sahibə ötürülür.

Proqram uyğun orijinal ehtiyat hissələri, mühərrik yağı və əyləc mayesi ilə yanaşı, planlaşdırılmış texniki işçilik haqqını əhatə edir.

Proqramın üstünlüyü, avtomobilin zavodda təsdiq olunmuş diaqnostik avadanlıq vasitəsilə Ferrari- də təlim keçmiş personal tərəfindən müntəzəm illik yoxlamalardan keçməsi təminatıdır. 

Avtolux Azerbaijan LLC - 57 U. Hajibeyli, Baku, Azerbaijan, AZ1014 - Tel: +994 12 404 8396

Copyright 2017 - All rights reserved