Avtolux Azərbaycan MMC  

       Azərbaycanda, məşhur İtalyan idman avtomobili Ferrari-nin yeganə rəsmi dileri olan Avtolux Azərbaycan şirkəti sizə öz xidmətlərini təklif edir.  2012-ci ilin oktyabr ayında təsis olunmuş Avtolux Şirkət müştərilərə lüks avtomobil sahibi olmaq və dünyada tanınmış markaların məhsullarını satın almaq imkanı verir. Bəzi insanları yalnız avtomobilin funksionallığı maraqlandırdığı halda digərləri isə avtomobilin prestij simvolu olduğuna inanırlar. Avtolux şirkəti sizə artıq əfsanəyə çevrilmiş dəbdəbəli Ferrari avtomobillərini təklif edir. Bu avtomobillər yalnız maksimum funksionallığı və rahatlığı təmin etmək üçün nəzərdə tutulmayıblar; onlar sizə çox xüsusi olduğunuzu hiss etdirmək üçün istehsal olunurlar. Avtolux kifayət qədər böyük layihəni təqdim edir və sizi 450-500 m2 ümumi sahəli  SHOWROOM-a dəvət edir. Siz Avtolux mərkəzlərində keyfiyyətli xidmətlər və lazımi məsləhətlər ala, eləcə də mövcud avtomobilinizi təmir, və ya gələcək avtomobilinizi test yürüşü etmək imkanı əldə edə bilərsiniz.

Avtolux tərəfindən göstərilən xidmətlərdən istifadə edərək möhtəşəm avtomobilin sahibi ola bilərsiniz. Sizin həyatınızın arzusu Avtolux Store-un təklif etdiyi Avtomobillərin simasında ideal təmsil olunur! Biz artıq həyatdan zövq almağı bacaranlar üçün unikal idman avtomobillərini əlçatan etmişik! Sizinlə bu əfsanə arasında yalnız bir addım var! Şirkətimiz tərəfindən təqdim olunan bu şansı qaçırmayın! Avtolux şirkəti sizə lüks yaşayışın gözəl atributlarına sahibi olmaq üçün kömək edəcək.

Əfsanəvi brend altında istehsal olunan zərif və aqressiv avtomobil sahibi olmaq istəsəniz bizim Avtolux Store ilə əlaqə saxlayın. iki qapı idman üslublu Ferrari əldə etməklə siz magistralların sürət kralı olacaqsınız.  Sürət sevənlər tərəfindən etibar olunan Ferrari avtomobilləri dünyaya Formula 1 yarışlarındakı parlaq qələbələri ilə tanınırlar. Avtolux Store bu gözəl avtomobili yeni lüks həyat tərzi ilə birlikdə təklif edir. 

Siz artıq sahib olduğunuz Ferrari modelindən başqa yeni bir model əldə etmək arzusundasınızsa onu bizim mərkəzində birbaşa sifariş edə bilərsiniz. Biz müştərilərimizin istəklərinə uyğun olaraq bu seçimi təklif etdik.

Avtolux Şirkəti tərəfindən təklif olunan yüksək keyfiyyətli xidmətləri istifadə edərək  həyatınızı rahatlaşdıracaqsınız. Yeni həyata ilk addımlarınızı bizim şirkəti ilə atın və heç bir rəqibiniz olmayacaq!

Sürətli Keçidlər 

Xəbər və Tədbirlər

Xəbər və Tədbirlər
Daha ətraflı

Yer & İş Saatları

Yer & İş Saatları
Daha ətraflı

Avtolux Azerbaijan LLC - 57 U. Hajibeyli, Baku, Azerbaijan, AZ1014 - Tel: +994 12 404 8396

Copyright 2017 - All rights reserved